Ağdamda abadlıq və yaşıllaşdırma işləri ilə bağlı elan olunmuş tender ləğv edilib.
Təklif gəlmədi, 3,5 milyon manatlıq tenderlər getdi! - DETALLAR
FED.az xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin Xındırıstan ərazi nümayəndəliyi tərəfindən elan olunmuş "Ağdam rayonu Xındırıstan kəndi ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi" üzrə tender nəzarət orqanının qərarı ilə ləğv edilib.
Tenderin ehtimal olunan qiyməti 298.000,00 AZN təşkil edirdi. Müsabiqənin dərc olunma tarixi 2 aprel 2025-ci il saat 11:54, təkliflərin son təqdim olunma müddəti isə 24 aprel 2025-ci il saat 17:00 idi. Eyni tarix və saatda zərflərin açılması da nəzərdə tutulmuşdu.
Ləğv edilmə səbəbi kimi "nəzarət orqanının qərarı ilə" ifadəsi göstərilib, detallar açıqlanmayıb. Rəsmi ləğv mətnində isə qeyd olunub: “Ləğv edilib, yenidən elan verilsin.”
Bu o deməkdir ki, həmin ərazi üzrə abadlıq və yaşıllaşdırma işləri təxirə salınsa da, yaxın müddətdə eyni məzmunlu yeni tenderin elan olunması gözlənilir.