“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən elan edilən iki ayrı tender müsabiqəsi ləğv edilib.
Naxçıvan Nazirlər Kabineti 3 maşın alır – TENDER ELANI
FED.az xəbər verir ki, tenderlər qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən ləğv olunub. Hər iki satınalma proseduru üzrə təklif və təminat təqdim edən, müvafiq lisenziyaya malik təchizatçıların sayı üçdən az olduğuna görə, tenderlərin davam etdirilməsi mümkün olmayıb.
Ləğv edilən tenderlərdən biri – yüksək gərginlikli ölçmə və kalibrlənmə laboratoriyaları üçün avadanlıqların satın alınması üzrə müsabiqənin ehtimal olunan qiyməti 3.388.646,45 AZN təşkil edirdi. Sözügedən müsabiqə 13 aprel 2025-ci il tarixində dərc edilmişdi və 13 may 2025-ci ildə baş tutmalı idi.
Digər tender isə nəqliyyat vasitələrinin alınması ilə bağlı idi. Bu satınalmanın ehtimal olunan dəyəri 126.000 AZN idi və müsabiqə 4 mart 2025-ci il tarixində dərc edilmişdi. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış tarixi isə 7 aprel 2025-ci il idi.
Beləliklə, ümumilikdə 3.514.646,45 AZN dəyərində tenderlər iştirakçı çatışmazlığı səbəbindən ləğv edilib.