"Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ tərəfindən Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evinin cari təmir işləri ilə bağlı elan edilmiş tender ləğv olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ehtimal olunan qiyməti 1 485 244 manat olan satınalmanın ləğv edilməsinə səbəb iştirakçı sayının tələb olunan həddən az olmasıdır.
Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1. maddəsinə əsasən) müsabiqə baş tutmayıb.










