Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir -birinin ardınca “VEST-LTD” QSC şirkəti ilə 4 tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, tenderlərdən 3-ü təmir, 1 il malların alınması xidməti ilə bağlıdır. “Məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması” tenderinin dəyəri 3 milyon 318 min 504.15 manat, “Bakı şəhəri və onun qəsəbələrinin məktəbəqədər təhsil müəssisələrində cari təmir işlərinin satınalınması” tenderinin dəyəri 7 milyon 900 min 689.65 manat, “Respublika üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri işlərinin satınalınması” tenderinin dəyəri 6 milyon 928 manat 702.68 manat, “Bakı və Lənkəran şəhərlərinin bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satınalınması” tenderinin dəyəri isə 1 milyon 535 min 131.9 manatdır.
Bağlanmış müqavilələrin ümumi dəyəri 19 milyon 683 min 028.4 manatdır.
Qeyd edək ki, şirkət ümumilikdə 8 tender üzrə 58 milyon 326 min 735.7 manatlıq müqavilə bağlayıb.