Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi “Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, gübrələrin və pestisitlərin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi " VEST-LTD " QSC olub. Şirkətlə 1 milyon 976 min 246 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Azərbaycan İlahiyyat İnstitutunun 30 min manat dəyərindəki “Cari təmir işlərinin satınalınması” (10.11.2022) tenderini qazanıb.