Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mebel inventarlarının satın alınmasına 12,5 milyon manata yaxın vəsait yönəldəcək.
Eləcə də bax: Agentliyin 6 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, “Vest-LTD” QSC ilə mebel inventarlarının satın alınmasına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 12 milyon 498,821 min manatdır.