Gəncə Dövlət Universiteti (GDU) xidməti nəqliyyat vasitəsinin satınalınması ilə bağlı açıq tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, universitet avtomobilin satın alınmasını “Lexus-Bakı” MMC-yə həvalə edib.
Ali təhsil müəssisəsi avtomobil üçün şirkətə 117 300 manat ödəyəcək.
Qeyd edək ki, avtomobilə verilən tələblər bui cürdür: İli: 2024, Mühərrik 2450-2550 kub sm hibrid, Ban növü sedan, Xarakteristikalar: 1) Təkərlərin təziqə nəzarət sistemi 2) Bl-Beam led faralar 3)R-18 yüngül lehimli diskler 4) Arxa spoyler 5) Nuluxe derili oturacaqlar 6) 12.3-13.5 ölçülü multimediya ekran 7) 4.2 rəngli TFT multi-melumat 8) 10 dinamikli Mark Levinson səs sistemi 9) Smartfon inteqrasiya (Apple Carplay, Android Auto) ekranı. Avtomobilin stabiliyyinə nəzarət sistemi (VSC) 10) Təkərlərin yerində fırlanmasına qarşı sistem (TRC) 11) 360 dərəcə kamera sistemi 12) 10 hava yastığı 13) Passiv giriş/ Start Stop 14) 3 zonalı klimat kontrol 15) Səs ilə idarə olunma 16) Gündüz işıqlar 17) Kruiz idarəçilik sistemi 18) Drive paketi