Minatəmizləmə Agentliyi tibbi yardım nəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq tenderi yekunlaşdırb.
FED.az xəbər verir ki, nəticələrə əsasən "Azərmaş Park" MMC qalib gəlib.
Qalib şirkətə 10 tibbi yardım maşını üçün ümumilikdə 640 min manat ödəniləcək. Bu da orta hesabla 1 maşınının dəyərinin 64 min manat olması deməkdir.
Xatırladaq ki, müsabiqənin şərtlərində ehtimal oluna qiymət isə 793,5 min manat idi.