Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən elan olunan iki satınalma müsabiqəsi iştirakçıların sayının az olması səbəbindən ləğv edilib.
Nazirliyin 326 min manatlıq tenderinə maraq göstərən tapılmadı - TENDER LƏĞV OLUNDU
FED.az xəbər verir ki, hər iki tenderin ləğv edilməsinə səbəb, "Dövlət satınalmaları haqqında" qanunun 36.1.1-ci bəndinə əsasən, təklif və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda isə müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Ləğv olunan tenderlərdən biri kitabların satınalınmasına aid olub. Bu müsabiqənin ehtimal olunan qiyməti 48.352,99 manat təşkil edirdi. Tender 18 mart 2025-ci il saat 17:13-də elan olunmuş, təkliflərin son təqdim olunma tarixi isə 21 aprel 2025-ci il saat 10:00 olaraq müəyyən edilmişdi. Elə həmin gün və saatda zərflərin açılışı da planlaşdırılırdı.
İkinci ləğv olunan tender isə Mega Sumo tipli robotun yığılması üçün malların satınalınmasına aid olub. Bu müsabiqənin ehtimal olunan dəyəri 6.415,93 manat idi. Tender 19 mart 2025-ci il saat 16:09-da elan edilmiş, təkliflərin son qəbul tarixi 22 aprel 2025-ci il saat 10:00 olaraq müəyyən edilmişdi. Zərflərin açılışı da həmin tarixdə həyata keçirilməli idi.
Hər iki halda tenderin baş tutmaması, uyğun və maraqlı təchizatçıların kifayət qədər olmaması ilə əlaqələndirilir.