Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycanda kogenerasiya sahəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi planlaşdırılan pilot layihə üçün məsləhətçi şirkətin cəlb olunması məqsədilə açıq tender elan etmişdi. Tenderin məqsədi kompleks texniki-iqtisadi əsaslandırmanın hazırlanması olub.
375 min manatlıq təmir tenderi bu səbəbdən - LƏĞV OLUNDU
FED.az xəbər verir ki, Lakin verilən məlumata əsasən, tender təchizatçı çatışmazlığı səbəbilə ləğv edilib. Satınalma Qanununun 36.1.1-ci maddəsinə əsasən, tələb olunan lisenziyaya və ya icazəyə malik olan və zəruri sənədləri təqdim etmiş şirkətlərin sayı üçdən az olduğu üçün prosedur davam etdirilməyib.
Tenderin ehtimal olunan dəyəri əvvəlcədən 326.666,67 AZN olaraq açıqlanmışdı.
Müsabiqənin elanı 07 mart 2025-ci il, saat 15:40-da yayımlanıb. Təkliflərin son təqdim olunma tarixi və vaxtı 17 aprel 2025-ci il, saat 17:00, zərflərin açılış tarixi isə həmin gün, eyni saatda nəzərdə tutulmuşdu.