Azərbaycan Dövlət İqtisad Universiteti elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Agentlik bu şəxslərə evlər verəcək: 47 mənzil üçün 4 tender elan edildi
Tender universitetin istifadəsi üçün 2025-ci il istehsalı olan avtobusun alınması məqsədilə keçirilib.
Tenderin qalibi “Auto Azərbaycan” MMC (VÖEN: 150040601) olub və tərəflər arasında bağlanan müqavilənin dəyəri 144 500 AZN təşkil edir.
Alınacaq avtobusun oturacaqlarının sayı 29–35 nəfərdir.
Qeyd edək ki, “Auto Azərbaycan” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 17 352 742 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil İsmayılov Hüseyn oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 118 ünvanında yerləşir.