“Sosial Xidmətlər Agentliyi” PHŞ 2025-ci ilin oktyabr-noyabr aylarında əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 4 tender elan edib.
Azərbaycanda su anbarının bərpası üçün 1,1 milyonluq - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, tenderlər Tərtər, Bərdə, Neftçala və Salyan rayonlarını əhatə edir və müxtəlif sayda mənzillərin satın alınmasını nəzərdə tutur.
Tərtər rayonunda 4 ədəd üçotaqlı mənzilin satın alınması üçün elan edilmiş tenderin ehtimal olunan dəyəri 394 800 AZN, iştirak haqqı isə 350 AZN təşkil edir. Təkliflərin təqdim olunma və zərflərin açılış tarixi 28 oktyabr 2025-ci il saat 17:00-dır.
Bərdə rayonunda 8 ədəd üçotaqlı mənzilin satın alınması üçün tenderin dəyəri 789 600 AZN, iştirak haqqı 450 AZN müəyyən edilib. Təkliflərin qəbulu 27 oktyabr 2025-ci il saat 17:00-da başa çatacaq.
Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin alınması üzrə tenderin ümumi dəyəri 1 974 000 AZN, iştirak haqqı isə 600 AZN-dir.
Salyan rayonunda isə 9 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin satın alınması üçün elan edilmiş tenderin dəyəri 1 258 425 AZN, iştirak haqqı 600 AZN təşkil edir. Təkliflərin təqdim olunma və zərflərin açılış tarixi 4 noyabr 2025-ci il saat 17:00-dır.
Bütün tenderlərlə bağlı təchizatçılarla birbaşa əlaqəni təmin edən məsul şəxs Fəridə Əlixanlı, Satınalmanın təşkili şöbəsinin böyük mütəxəssisidir.
Əlaqə üçün telefon: +994 12 525 41 30, e-mail: [email protected].