Azərbaycanda dövlət satınalmaları ilə bağlı bəzi hallar hökuməti qane etmir.
FED.az xəbər verir ki, sentyabrın 24-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda digər məsələlərlə yanaşı, dövlət satınalmalarında şəffaflığın daha da artırılması və səmərəliliyin artırılmasının vacibliyi də qeyd edilib.
MİDA-ın tenderlərini kim udur? – ADLAR, SİYAHI
İclasda bildirilib ki, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı «qətiyyəllə alınacaq». «Dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlərin davam etdiriləcəyi, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımların atılacağı qeyd edildi»-deyə rəsmi açıqlamada bildirilir.
Sumqayıtda tenderləri bu şirkətlər udur – SİYAHI,MƏBLƏĞLƏR
Gəncədə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Satınalmalarla bağlı digər problem tenderlərdə satınalma müqavilələrinin bir mənbə ilə bağlanması, daha sadə desək tenderlərin bir neçə şirkətlər tərəfindən udulmasıdır.
FHN-in tenderlərini kim udur? – SİYAHI, QALİBLƏR, MƏBLƏĞLƏR
«Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi vurğulanaraq bunun qəbuledilməz olduğu bildirildi»-deyə açıqlamada deyilir.
Penitensiar Xidmətin tenderlərini kim udur – TENDERLƏR, SİYAHI, MƏBLƏĞLƏR
Bununla yanaşı, qeyd etmək lazımdır ki, xüsusilə tikinti ə bərpa layihələri üzrə satınalmalarda, tenderlərin nəinki eyni mənbələr tərəfindən qazanışlması, hətta tenderin özü elan edilmədən təmir-tikinti işlərinə başlanılması halları kifayət qədərdir.
Azərbaycanda 8,5 milyon manatlıq – MƏNZİL TENDERİNİN QALİBİ MƏLUM OLDU