2021-ci ilin ilk 6 ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ümumi məbləği 6 milyon 561 min 664 manat məbləğində 18 tender keçirilib.
Şəmkirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, Xidmət tərəfindən keçirilən ən böyük tenderin məbləği 4 milyon 940 min 570 manat olub. Ən böyük tenderin qalibi “İL” MMC olub.
İikinci ən böyük tenderi Kerba Avto Servis MMC şirkəti udub – 514 min 115 manat.
"İNTELLEKT M.A” MMC nazirliyin təşkil etdiyi böyük həcmli 3-cü tenderin qalibi olub. Tenderin məbləği 230 min manat təşkil edir. Ümumiyyətlə "İNTELLEKT M.A” MMC xidmətin sayca ən çox tenderini qazanan şirkətdir.
FED.az 2021-ci ilin yanvra-iyun aylarında Penitensiar Xidmətin təşkil etdiyi tenderlərin məbləği və qaliblərin adları aşağıdakı kimidir.