Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender yekunlaşıb.
Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı
FED.az xəbər verir ki, sözügedən tener “təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması” ilə bağlı elan edilmişdi.
Tenderin qalibi "Enermus" QSC (VÖEN: 2003641611) olub.
Qalib şirkətlə bağlanmış müqavilənin dəyəri 990 088 AZN təşkil edir.
Qeyd edək ki, "Enermus" QSC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elbrus Məmmədov Kamal oğludur. Hüquqi ünvanı AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149, m.25 ünvanındadır.