Bakı Dövlət Universiteti tərəfindən qazanxana binasının tikintisi işlərinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv edilib.
Milli Məclisin tenderi ləğv edildi - DETALLAR
FED.az xəbər verir ki, tenderin keçirilməməsinin əsas səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Ünvan olaraq Bakı Dövlət Universitetinin Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 yerləşən ərazisi nəzərdə tutulmuşdu. Layihənin ehtimal olunan qiyməti 1.438.023,52 AZN təşkil edirdi.
Müsabiqənin dərc edilmə tarixi və vaxtı 13 fevral 2025-ci il, saat 15:54, təkliflərin son təqdim olunma tarixi və vaxtı 14 mart 2025-ci il, saat 16:00, zərflərin açılış tarixi və vaxtı isə eyni gün, 14 mart 2025-ci il, saat 16:00 olaraq elan olunmuşdu. Lakin təchizatçıların sayının kifayət qədər olmaması səbəbilə tenderin keçirilməsi mümkün olmayıb.