Azərbaycan Respublikası Milli Məclisi tərəfindən elan edilmiş tender ləğv edilib.
Təchizatçı əskikliyi səbəbindən daha bir - TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bu tender hovuz üçün kimyəvi məhlulların, fəvvarələr və fankoyllar üçün ehtiyat hissələrinin, santexnika mallarının, havalandırma, qazanxana və nasosxana avadanlıqlarının və ehtiyat hissələrinin satın alınmasını nəzərdə tuturdu. Ləğv edilmə səbəbi isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır (36.1.1).
Xatırladaq ki, tenderin ehtimal olunan qiyməti 76.607,00 AZN olub. Müsabiqənin dərc edildiyi tarix və vaxt 21 fevral 2025-ci il saat 14:19-dur. Təkliflərin son təqdim olunma tarixi və vaxtı isə 14 mart 2025-ci il saat 15:00-dir. Zərflərin açılış tarixi və vaxtı isə 14 mart 2025-ci il saat 15:00-dir.
Tenderin ləğv edilməsi, təchizatçıların sayı ilə bağlı yaşanan çatışmazlıq səbəbindən baş verib.