"Bakı Mühəndislik Universiteti" PHŞ-nin elan etdiyi tender ləğv edilib.
418 minlik tender iştirakçı çatışmazlığına tuş gəldi - LƏĞV OLUNDU
Nazirliyin 7,4 milyon manatlıq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki, sedan tipli minik avtomobilinin satınalınması üzrə elan edilən tender baş tutmayıb. Tender 10 iyul 2025-ci il tarixində saat 14:06-da dərc olunmuş və təkliflərin son təqdim olunma vaxtı 31 iyul 2025-ci il saat 15:00 olaraq müəyyən edilmişdi. Zərflərin açılışı da eyni tarixdə saat 15:00-da keçirilməli idi.
Lakin satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğundan (36.1.1-ci bəndə əsasən), müsabiqə ləğv olunub.
Tenderdə avtomobilin ehtimal olunan qiyməti 86 650,00 AZN olaraq göstərilmişdir.