Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi təcili tibbi yardım avtomobillərinin texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə iki ayrı satınalma müqaviləsi bağlayıb.
Dövlət qurumu ofis icarəyə götürdü - MƏBLƏĞ
FED.az xəbər verir ki, müqavilələrin ümumi dəyəri 973 383 manat təşkil edir.
İlk satınalma müqaviləsi “Import Supply Company” MMC (VÖEN: 7200673221) ilə imzalanıb. Müqaviləyə əsasən, “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomobillərinin əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin təchizatı həyata keçiriləcək. Bu tenderin ümumi dəyəri 847 005 manatdır.
“Import Supply Company” MMC 2018-ci ildə yaradılıb. Baş ofisi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 402 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi İlqar Xaspoladov Yaşar oğludur. Nizamnamə kapitalı 40 manat təşkil edir.
İkinci müqavilə isə fiziki şəxs Davud Əkbər oğlu Hüseynov (VÖEN: 1302212912) ilə bağlanıb. Bu razılaşmaya görə, “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter”, “Ford Transit”, “Fiat Doblo” və “İveco Daily” markalı təcili yardım maşınları üçün diaqnostika, ehtiyat hissələrinin bərpası və kondisionerlərin təmiri xidmətləri göstəriləcək. Sözügedən xidmətlərin dəyəri 126 378 manat təşkil edir.