Təhsilin İnkişafı Fondu publik hüquqi şəxsi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Abşeronda yeni zavod tikilir, hüquqi xidmətlər satın alındı - DETALLAR
FED.az xəbər verir ki, qurum icarəyə götürüləcək yeni ofis sahəsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb. Fond 530 kvadratmetrlik ofis məkanının icarəsi xidmətlərinin göstərilməsi üçün “Vest Vind” MMC (VÖEN: 1309058731) ilə müqavilə imzalayıb.
Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 192 000 manat təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
“Vest Vind” MMC 2024-cü ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Tərlan Tağıyev Əbülfət oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 49C-də yerləşir. Nizamnamə kapitalı 3,5 manat təşkil edir.