"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC tərəfindən elan edilən tender proseduru ləğv olunub.
Səhiyyəyə 6,5 milyonluq təchizat - BÖYÜK TENDER ELANLARI
FED.az xəbər verir ki, tender poçt və ya poçtla götürmə və ya çatdırılma xidmətləri (sürətli poçt (kuryer) xidmətləri) üzrə keçirilirdi və ehtimal olunan satınalma dəyəri 27.699,80 AZN idi.
Müsabiqənin dərc olunma tarixi 07 mart 2025 saat 16:18 olmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı isə 24 aprel 2025 saat 17:30-a təyin edilmişdi.
Lakin tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Ləğv səbəbi kimi, satınalmada iştirak etmək üçün tələb olunan bütün şərtlərə — təklifin təqdim olunması, təminat sənədlərinin təqdim edilməsi, eləcə də zəruri lisenziya və icazələrin mövcudluğuna malik təchizatçıların sayının üçdən az olması göstərilib.