"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi səhiyyə sahəsi üzrə bir neçə iri tender elan edib.
Dövlət qurumu təlim tenderi elan edib - ŞƏRTLƏR
FED.az xəbər verir ki, müxtəlif tibbi sərf mallarının satın alınmasını nəzərdə tutan bu müsabiqələrin ümumi dəyəri 6.564.159,66 AZN təşkil edir.
Ətraflı desək, mərkəz tərəfindən ilk elan edilən tender "Tibb müəssisələrinin mərkəzi sterilizasiya bölmələri üçün tibbi sərf malları"nın satın alınmasını əhatə edir. Bu tender üzrə ehtimal olunan satınalma məbləği 606.181,05 AZN təşkil edir. Müsabiqədə iştirak haqqı isə 450 manat müəyyən edilib. Təkliflər 20 may 2025-ci il saat 17:00-dək təqdim olunmalıdır və elə həmin gün zərflərin açılışı baş tutacaq.
İkinci tender "Tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibbi sərf malları"nın alınması üçün elan edilib. Burada nəzərdə tutulan ehtimal olunan məbləğ daha yüksəkdir – 3.668.842,73 AZN. Müsabiqəyə qoşulmaq üçün iştirakçılar 1000 manat ödəməlidirlər. Təkliflərin təqdim olunması və zərflərin açılışı 27 may 2025-də həyata keçiriləcək.
Üçüncü tender "Tibb müəssisələrinin hemodializ şöbəsi üzrə tibbi sərf malları"nın alınmasına aiddir. Bu müsabiqənin ehtimal olunan dəyəri 1.283.704,89 AZN təşkil edir. İştirak haqqı isə 600 manat müəyyən edilib. Təkliflər 27 may 2025 tarixinədək qəbul ediləcək.
Dördüncü tender isə "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər çərçivəsində sərfiyyat mallarının satın alınması"na yönəlib. Bu layihənin ehtimal olunan məbləği 1.005.430,99 AZN olub, iştirak haqqı da 600 manat səviyyəsindədir. Təkliflər və zərflərin açılışı 27 may 2025 tarixində baş tutacaq.
Bütün tenderlərlə bağlı əlaqə üçün təyin olunmuş şəxs "İnnovasiya və Təchizat Mərkəzi"nin böyük məsləhətçisi Nigar Yusifovadır. Əlaqə vasitələri:
-
E-poçt: [email protected]
-
Telefon: 012 310 17 70