Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən yük avtomobilləri və avtobuslar üçün avtoşinlərin satın alınması ilə bağlı elan olunmuş tender ləğv edilib.
Tenderə “dur” deyildi : 136 min manatlıq satınalma baş tutmadı - SƏBƏB
FED.az xəbər verir ki, tender nəzarət orqanının qərarı ilə ləğv edilib. Bu barədə məlumat Dövlət Satınalmaları Portalında dərc olunub.
Əgər tender baş tutsaydı, qurum tərəfindən 944 ədəd müxtəlif ölçüdə avtoşin satın alınacaqdı. İştirakçılar üçün nəzərdə tutulan ehtimal olunan satınalma dəyəri isə 417.422,92 manat təşkil edirdi.
Müsabiqə 12 fevral 2025-ci il saat 10:49-da elan olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı 6 mart 2025-ci il saat 09:30 üçün planlaşdırılmışdı.
Lakin keçiriləcək satınalma proseduru nəzarət orqanının verdiyi qərara əsasən dayandırılıb. Bu cür hallarda texniki sənədlərdəki uyğunsuzluq, prosedur qaydalarının pozulması və ya hüquqi tələblərin yerinə yetirilməməsi ehtimal edilir.