“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən xidmət məqsədli minik avtomobillərinin satın alınması ilə bağlı elan edilmişdi.
Bakının 11 rayonu abadlaşacaq, 57 milyon manatlıq - TENDERLƏR ELAN EDİLDİ
FED.az xəbər verir ki, elan edilən tender ləğv olunub. Bu barədə məlumat Dövlət Satınalmaları Portalında dərc edilib.
Tenderin ləğv edilməsinə səbəb nəzarət orqanının qərarı göstərilib.
Tenderin ehtimal olunan məbləği 136.750,00 manat təşkil edirdi. Satınalma proseduruna dair müsabiqə 18 fevral 2025-ci il saat 13:24-də dərc edilmiş, təkliflərin təqdim olunması və zərflərin açılış tarixi 11 mart 2025-ci il saat 14:00 olaraq müəyyən olunmuşdu.
Qeyd edək ki, bu tip ləğvlər bəzən texniki sənədlərdəki uyğunsuzluqlar, hüquqi tələblərə əməl edilməməsi və ya prosessual pozuntularla əlaqədar olaraq baş verir.