"Səhiyyənin Təminat Mərkəzi" PHŞ tərəfindən mal material dəyərlərinin könüllü əmlak sığortası növü üzrə sığortalanması xidmətinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC olub. Müqavilənin ümumi dəyəri 196 840 manat təşkil edir. Ehtimal olunan qiymət isə 200 875 manat idi.
Sığorta xidmətinə ümumi dəyəri 28 milyon manat olan mal-materialların könüllü sığortalanması (Dərman, vaksin, dezinfeksiyaedici vasitələr, laboratoriya tədqiqatları və müayinələrinin aparılması üçün materiallar, şüa diaqnostikası üçün materiallar, sarğı ləvazimatları, yumşaq və bərk inventarlar) daxildir.
Qeyd edək ki, "Qala Sığorta" ASC bu yaxınlarda (17.12.2025) "İnnovasiya Və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ tərəfindən könüllü tibbi sığorta xidmətinin satın alınması üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 211 970 manat təşkil edib.










