"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" tərəfindən könüllü tibbi sığorta xidmətinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" olub. Müqavilənin ümumi dəyəri 211 min 970 manat təşkil edir. Ehtimal olunan qiymət isə 258 min 551 manat idi.
Sığorta xidmətinə aşağıdakılar daxildir:
| № | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | |
|---|---|---|---|---|---|
| 1 |
Könüllü tibbi sığorta xidməti (12 aylıq) |
Laborator və funksional müayinələr (Retikulositlər, Trombositlər, Spirometriya, Döş qəfəsinin 2 proyeksiyada rentgenoqrafiyası, Göz mühitlərinin biomikroskopiyası, Göz dibinin oftalmoskopiyası, Korreksiyasız və korreksiya ilə görmə itiliyinin yoxlanılması, Qarın boşluğu orqanlarının və qalxanabənzər vəzinin USM) Həkimmütəxəssislərin iştirakı (Terapevt, Oftalmoloq, Dermatoveneroloq, Nevropatoloq, Otorinolarinqoloq, Cərrah, Onkoloq) təmin edilməli. |
17 |
nəfər |
|
| 2 |
Könüllü tibbi sığorta xidməti (12 aylıq) |
1. Təcili (təxirəsalınmaz) tibbi yardım 2. Təcili tibbi daşınma və evakuasiya 3. Təcili vaksinasiya 4. Təcili stomatoloji yardım 5. Hospitalizasiya və stasionar müalicə 6. Stasionar müalicə zamanı dərman vasitələri ilə təminat 7. Ambulator-poliklinik müalicə 8. Ambulator-poliklinik müalicə zamanı dərman vasitələri ilə təminat (Dərman təchizatı 500 AZN, Dərmanların ünvana çatdırılması) 9. Həkim təyinatı ilə fizioterapiya ( 10 seans) 10. Həkim təyinatı ilə müalicəvi masaj ( 10 seans) 11. Planlı stomatoloji yardım ( 500 AZN) 12. Profilaktik tibbi müayinə (İldə 2 dəfə, bütün tibb müəssisələrində) 13. Vitaminizasiya (1 dəfə) 14. Qrip əleyhinə vaksinasiya (ildə bir dəfə) 15. Hamiləliyin təqibi və doğuş (azadolma 10%) 16. Xroniki xəstəliklərin müayinəsi və müalicəsi 17. Sığorta müqaviləsi bağlanmazdan əvvəl yaranmış xəstəliklərin müayinəsi və müalicəsi 18. Telesəhiyyə xidmətləri 19. Həkim təyinatı ilə kontakt linzalar və eynəklər (300 manat) 20. Geri ödəniş 21. Psixoloq xidməti il ərzində 10 seans 22. Həkim fərqlərin (klinikanın qiymət cədvəlindəki qiymətdən fərqi) ödənilməsi 23. Ambulator-poliklinik müalicə zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış dərman preparatları və bioloji aktiv əlavələr ilə təminat. |
500 |
nəfər |
Qeyd edək ki, "Qala Sığorta" ASC bu yaxınlarda (08.12.2025) daha bir dövlət qurumunun tenderində qalib gəlib. Şirkət “Qarabağ Dirçəliş Fondu” tərəfindən işçilərin könüllü tibbi sığortası və Fondun balansında olan nəqliyyat vasitələrinin “Kasko” sığortası xidmətlərinin satın alınması üzrə keçirilən tenderi qazanıb. Həmin müqavilənin dəyəri 21 min 231 manat əşkil edib.











