Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən tenderin qalibi müəyyən olunub.
Tibbi qurumun 25 milyonluq tenderinə maraq göstərən olmadı
FED.az xəbər verir ki, sözügedən tender Sədərək rayonunun Heydərabad qəsəbəsində, eləcə də Sədərək, Qaraağac və Dəmirçi kəndlərində müxtəlif təmir-bərpa və abadlıq işlərini əhatə edir. Tenderin qalibi “Marka İnşaat” MMC (VÖEN: 2004898921) seçilib.
Qalib şirkətə 471 760 manat ödəniləcək.
Qeyd edək ki, “Marka İnşaat” MMC 2018-ci ildə təsis olunub, qanuni təmsilçisi İlqar Sadıqov Beytulla oğludur. Nizamnamə kapitalı 1 252 801 AZN olan şirkət Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 20B ünvanında qeydiyyatdadır.