Salyan Rayon İcra Hakimiyyətinin şəhərdə abadlıq işləri, binaların fasadlarının və dam örtüklərinin təmiri ilə bağlı elan etdiyi tenderi ləğv edib.
Babək Rayon Mərkəzi Xəstəxanasının tenderi niyə ləğv edildi?
FED.az xəbər verir ki, ləğv edilmənin səbəbi rəsmi olaraq “satınalmanın maliyyələşdirilməsinin dayandırılması” (36.1.6. maddə) kimi göstərilib.
Tenderin ehtimal olunan qiyməti 1.128.264,50 AZN idi. Müsabiqə 28 oktyabr 2024-cü il tarixində elan olunmuşdu və təkliflərin son qəbul tarixi 28 noyabr 2024-dü. Həmçinin, zərflərin açılma vaxtı da eyni tarixə təyin edilmişdi.
Milyon manatı aşan tenderin ləğv edilməsi diqqət çəkən məqamlardandır. Layihənin baş tutmamasının səbəbləri, onun bərpa olunub-olunmayacağı və bu istiqamətdə həyata keçiriləcək işlər barədə rəsmi açıqlama verilməyib.