Babək Rayon Mərkəzi Xəstəxanası dəftərxana, təsərrüfat və bir sıra malların satın alınması üçün tender elan etmişdi. Lakin satınalma müsabiqəsi tələb olunan minimum iştirakçı sayı təmin edilmədiyi üçün ləğv edilib.
Müdafiə Nazirliyinin xalça yuma tenderi “yuyulmadan” ləğv edildi
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının satınalma qanunvericiliyinə əsasən, tenderin davam etməsi üçün ən azı üç təchizatçı iştirak etməlidir. Lakin bu müsabiqədə təklifi təqdim edən və lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğu üçün satınalma komissiyası müsabiqənin ləğvinə qərar verib.
Tenderlə bağlı digər detallara gəldikdə isə ehtimal olunan qiymət 25.312,85 AZN olaraq müəyyən edilib. Müsabiqə 31 yanvar 2025-ci il tarixində saat 20:29-da elan olunmuşdu və təkliflərin son qəbul tarixi 24 fevral 2025-ci il, saat 12:00-dır. Zərflərin açılışı da həmin tarixdə, 24 fevral 2025-ci il saat 12:00-da nəzərdə tutulmuşdu.
Bu qərar rəqabətin aşağı olması və tələblərin tam yerinə yetirilməməsi ilə əlaqədardır. Növbəti mərhələdə xəstəxana eyni satınalma predmetini yenidən tenderə çıxara bilər.