Ağcabədi Suvarma Sistemləri İdarəsi "Ricon" MMC (VÖEN: 1900014631) ilə satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, müqavilədə suvarma kanallarının mexanizmlə lildən təmizlənməsi işləri nəzərdə tutulur.
Bunun üçün "Ricon" MMC şirkətinə 540 000 manat ödəniləcək.
"Ricon" MMC daha öncə "ADA"Universiteti ilə 9 342 558 manat dəyərindəki "“ADA” Universitetinin ərazisində "Cənub Kampusu" layihəsi çərçivəsində yeni tədris binalarının (F və G binaları) ümumtikinti işləri”nin satın alınması tender müqaviləsi imzalayıb (01.05.2023).
"