"Dövlət satınalmaları haqqında" yeni qanunda əlavə işlək mexanizmlər olmalıdır ki, bu stereoptipləri aradan qaldıraq. Məsələn, məmur sahibkarlığı satınalmalarda böyük rol oynayır".
Tender komissiyasının üzvlərinə nəzarət sərtləşir – 5 İLLİK QADAĞA
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib.
Onun sözlərinə görə, bəzən məmurlar öz çətiri altında olan və yaxud kiminsə idarə etdiyi şirkətin xeyrinə satınalmalara təsir göstərir. Və yaxud vəzifəli şəxs birbaşa zəng vurub tenderin nəticəsini ləğv elətdirir və özünə yaxın adamın şirkətinin və yaxud öz şirkətinin tenderdə qalib gəlməsini təmin edir. Yeni qanun onların ifşasına gətirib çıxarmasa satınalama sahəsi bizdə işləməyəcək. Bundan başqa, hansısa idarəyə kiminsə vəzifəyə gətirilməsinə razılaşırlar, sonra deyirlər ki, filan vəzifə barədə müsabiqə elan edilir". (Report)