Ölkənin bir neçə səhiyyə müəssisəsi tərəfindən elan olunan tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması üzrə tenderlər nəzarət orqanının qərarı ilə ləğv edilib.
"Azərenerji"nin 1,4 milyonluq satınalması baş tutmadı – TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, ləğv olunan tenderlər arasında "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" PHŞ, "Masallı Rayon Mərkəzi Xəstəxanası" PHŞ və "Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi" PHŞ-yə məxsus müsabiqələr yer alır.
Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən elan olunan tenderin ehtimal olunan məbləği 76.095,62 AZN idi. Müsabiqə 17 fevral 2025-ci il, saat 15:35-də dərc olunmuş, təkliflərin son təqdimat və zərflərin açılış tarixi isə 12 mart 2025-ci il, saat 16:00 olaraq göstərilmişdi.
Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tenderin ehtimal olunan dəyəri 117.790,00 AZN olub. Bu tender 19 fevral 2025-ci il, saat 17:11-də dərc edilib, təkliflərin qəbulu və açılışı 14 mart 2025-ci il, saat 10:00-da baş tutmalı idi.
Digər ləğv olunan tender isə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi tərəfindən elan edilib. Bu müsabiqənin ehtimal olunan qiyməti 31.517,35 AZN təşkil edirdi. Tender 18 fevral 2025-ci il, saat 14:58-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 12 mart 2025-ci il, saat 15:00-da planlaşdırılmışdı.
Bütün bu tenderlərin ləğv səbəbi kimi nəzarət orqanının qərarı göstərilib. Ləğv qərarının detalları açıqlanmasa da, ard-arda baş verən bu qərarlar diqqət çəkir.