2023-cü ildə tenderlərdə orta iştirakçı sayı 3.9 olub.
Tenderdə uduzmanın səbəbləri - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Təchizat Zənciri Liderləri Zirvəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Azərbaycandakı şirkətlər azad edilmiş ərazilərdə fəaliyyət üzrə tenderlərdə daha aktivdir
"Biz istəyirik ki, tenderdə iştirakçı sayı çox olsun. Orta iştirakçı sayı 4-ə yaxınlaşmasına baxmayaraq bizim azad olunmuş ərazilərdə bir çox hallarda müsabiqələrdə 12-dən 17-yə qədər iştirakçı iştirak edir. Bu çox sevindirici haldır, bu həmin ərazilərdə tender prosesinin şəffaf aparılmasından xəbər verir" -deyə Məmməd Abbasbəyli elavə edib.
O bildirib ki, Rəqabət Məcəlləsi keçən ilin dekabr ayında imzalandı və bu ilin iyul ayından qüvvəyə minəcək. Rəqabət məcəlləsi Azərbaycanda ilk dəfə ictimai dinləmə prosesindən keçdi. 1 iyuldan Rəqabət Məcəlləsi qüvvəyə minəcək.
İqtisadiyyatımızın rəqabətli olmaldıır. Bizim iqtisadiyyatımız dünya miqyasında rəqabətcil olmaldıır. Bunun üçün bizim sahibkarlarımız böyüməlidir.