Antiinhisar xidməti predmet, predmetin seçilməsi, predmetin tərkibi və həcmi haqqında rəy verə bilməz.
"Maliyyə hesabatı verməyən şirkətlərin tenderi ləğv olunub"
FED.az xəbər verir ki, bunu Təchizat Zənciri Liderləri Zirvəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dövlət satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov deyib.
Onun sözlərinə görə, mütləq şəkildə tenderdə uduzursunuzsa, bunun səbəbini satın alan təşkilatdan soruşun, satın alan təşkilatın cavabı sizi qane etmirsə, onun rəhbərinə nəzarət orqanına və məhkəməyə şikayət edin.
Yeni qanunun və qaydalarına əsasən şirkətlərin real vəziyyətini daha aydın görürük. Maliyyə hesabatının nə olduğunu bilməyən şirkətlərimiz var.
Əgər təcrübə yoxdursa, o təcrübəni özəl sektordan subpodrat vasitəsilə qazanaraq dövlət satınalmalarında iştirak etmək daha məqsədəuyğundur.
"Sahibkarlara tövsiyəmiz odur ki, öz mütəxəssislərinə investisiya qoysunlar. Satınalma mütəxəssisinizi ən azı qanunu bizdən yaxşı biləcək qədər savadlı edin. Sahibkarlar adətən hüquqşunaslara və audit işçilərinə investisiya edirlər. Bizə də xoş deyil ki, sahibkarlar tenderdə uduzsun, bir çox hallarda satınalma mütəxəssisləri düzgün keyfiyyətli sənədlər tərtib etməməsi səbəbilə tenderdə uduzma halları yaşanır." - deyə Əhməd Həsənov əlavə edib.
Bəzən sahibkarlar və satınalan təşkilatlar tərəfindən meyarlar düzgün başa düşülmür.
"Misal üçün MİDA tender elan edib, ehtimal dəyəri 10 milyon manat. Satınalma meyarlarında qeyd edilib ki, təchizatçının son 5 ildə yarım milyon manat dəyərində 3 eyni sahədə müqaviləsi olmalıdır. Təchizatçı bunu elə başa düşür ki, 3 ədəd ayrı-ayrılıqda yarım milyon dəyərində müqavilə göstərməlidir. Bu belə deyil, təchizatçı 3 müqavilə göstərə bilər və həmin 3 müqavilənin cəmi yarım milyon olarsa, tenderdə iştirak edə bilər. Yox əgər müqavilə cəmi azdırsa, bu zaman bir az gözləmək, təcrübə yığmaq lazımdır" -deyə Əhməd Həsənov bildirib.
Onun sözlərinə görə, sırf təsnifat kodları yeni anlayışdır. İlk dəfə olaraq təsnifat kodları tətbiq edilir. Biz satınalan təşkilatlardan və sahibkarlardan fikirlərini soruşuruq hansı sahədə yanlış varsa bizə bildirsinlər. Təsnifat kodlarına diqqət etmək mütləqdir. Satınalmanın baş tutmasına imkan verir. Çünkü sahibkar satınalma predmetini görür. Təsnifat kodları bütün ölkədə tam olaraq yekunlaşıb. Biz həmin kodların təkminləşdiirlməsk üçün çox işlər görürük.
"Satınalma proseduru başlamadan əvvəl ehtimal olunan qiymət çıxarılır. Həmin qiymət satın alan təşkilatın maksimum istifadə edə biləcəyi vəsaitdir. Bu qiymət orta bazar qiymətindən asılıdır. Satınalma prosedurları orta bazar dəyərini aşmamalıdır. Orta bazar dəyərindən daha aşağı xidmət təklif edənlər tenderdə qalib olur". - deyə Əhməd Həsənov vurğulayıb.