"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi (VÖEN – 1700121811) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Zobucuq-2 nasos stansiyasının təzyiqli boru xətlərinin əsaslı təmiridir. Ehtimal olunan qiymət 350 000 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 16 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Elşad Fərəcov - Satınalmaların təşkili sektorunun müdiri
[email protected]
+994 12 370 07 70 (601)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 aprel 2026-cı il tarixinə qədər Bakı ş. AZ1000, Hökümət Evi, mər. 5 ünvanına təqdim edə bilərlər.












