"Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi tərəfindən istehsal təyinatlı qəza-bərpa və təmir işləri üçün mexanizmlərin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Az-Tex-Import" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 17 milyon 982 min 799 manat 98 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 18 milyon 762 min manat idi.
Qeyd edək ki, "Az-Tex-Import" MMC bu yaxınlarda (25.11.2025) su təchizatı sektoru üzrə daha bir iri tenderin qalibi olub. Şirkət "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi tərəfindən nəqliyyat və xüsusi texnikaların (kran manipulyator, evakuator, xüsusi təyinatlı kombinə kanal təmizləyici, bortlu-cüt kabin və içməli su üçün nəqliyyat vasitələri) satın alınması üzrə keçirilən müsabiqəni qazanıb. Həmin müqavilənin dəyəri 6 milyon 959 min 659 manat təşkil edib.











