Qanun ona görə qəbul edilir ki, o sizin gündəlik fəaliyyətinizə dəstək olsun.
Məmməd Abbasbəyli: "Büdcə vəsaitləri birbaşa satınalmalar vasitəsilə effektiv istifadə edilə bilər"
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda keçirilən tədbirdə deyib.
"Köhnə qanunun qüvvədə olduğu 20 il müddətində bu sahədə olan problemlərlə kifayət qədər məşğul ola bildik. Qanun xof üçün və problem üçün deyil. Qanun problemin həlli üçündü.Əgər hər hansı hüquqi aktın tətbiqində problem varsa və onu həyata keçirmək qurum üçün problem yaradırsa, bu qanuna yenidən baxılmalıdır. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirir", - deyə o əlavə edib.
"Hesablama Palatası dövlət satılalmalarının auduti üzrə təlimat üzərində işləyir. Təlimat yekunlaşmaq üzrədir. Antiinhisarla xidməti tərəfindən yeni qanunun tətbiqi ilə bağlı bəzi qanunvecilik aktlarında dəyişiklik olacaq. Bunlar bitdikdən sonra biz təlimatı yekunlaşdıracayıq. Təlimatın məqsədi Palatanın funksiyanal vəzifəsi ilə bağlı işləri həyata keçirməkdir", - deyə vurğulayıb. (Apa)