Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərin birbaşa satınalmalar vasitəsilə effektiv şəkildə istifadəsi təmin oluna bilər.
İri dövlət müəssisələrində dövlətin payı azaldılacaq
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sədri Məmməd Abbasbəyli "Dövlət satınalmaları haqqında" yeni qanunun tətbiqi ilə bağlı keçirilən tədbirdə bildirib.
"Məqsədimiz bu vəsaitlərdən multiplikativ effekt yaratmaq bacarığının olmasıdır. Rəqabətqabiliyyətli iqtisadiyyat ölkənin iqtisadi inkişafının təmin olunmasının əsas mexanizmidir. Ötən il 6,8 milyard manat vəsait dövlət satınalmaları vasitəsilə büdcədən hər bir dövlət qurumunun fəaliyyətinin təmin olunması üçün istifadə edilib", - deyə o qeyd edib. (Report)