Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Bakı Mühəndislik Univestitetinin əlavə korpusunun abadlıq və mühəndislik-kommunikasiya işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Meqaplus" Firması seçilib. Şirkətlə 1 milyon 547 min 940.45 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl qurumun 6 milyon 704 min224.41 manat dəyərindəki “Respublika üzrə bir sıra təhsil müəssisələrinin cari təmiri” tenderi üzrə müqavilə bağlanılıb (06.12.2022) .