Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublika üzrə bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Meqaplus” firması olub. Şirkətlə 6 704 224 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə həmçinin qurumun 2 326 545 manat məbləğində “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 nömrəli, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 299 nömrəli və Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli tam orta məktəblərin əsaslı təmiri işlərinin satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (06.12.2022).