Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 nömrəli, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 299 nömrəli və Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli tam orta məktəblərin əsaslı təmiri işlərinin satınalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Meqaplus” firması olub. Şirkətlə 2 326 545 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə həmçinin qurumun 309 067 manat məbləğində “Abşeron rayonu, Mehdiabad qəsəbəsi 2 nömrəli tam orta məktəbinin əsaslı təmiri işlərinin satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (06.12.2022).