"Dövlət İmtahan Mərkəzi" PHŞ tərəfindən könüllü tibbi sığorta xidmətinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC (VÖEN: 1400143091) olub. Müqavilənin ümumi dəyəri 237 800 manat təşkil edir. Ehtimal olunan qiymət isə 334 833 manat idi.
Tibbi sığorta proqramına daxil olan tibbi xidmətlər (340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq, ümumilikdə 820 nəfər)
Qeyd edək ki, "Meqa Sığorta" ASC bu yaxınlarda (25.12.2025) Mərkəzi Bank tərəfindən nəqliyyat vasitələrinin sığortalanması xidmətinin satın alınması üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 45 010 manat təşkil edib.











