Azərbaycan Respublikası Mərkəzi Bankı nəqliyyat vasitələrinin sığortalanması xidmətinin satın alınması üzrə tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalına əsasən nəqliyyat vasitələrinin sığortası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankına məxsus ümumi bazar dəyəri 2.597.510 AZN olan avtomobil parkı "Meqa Sığorta" ASC-də sığortalanacaq.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 37 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 15 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi, https://store.meqasigorta.az/ onlayn satış platforması və “Meqa Sığorta” mobil tətbiqi ilə müştərilərin xidmətindədir.












