"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi tərəfindən siyirtmə, demontaj parçaları və komplektləşdirici hissələrin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Boruavadanlig" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 665 min 841 manat təşkil edir. Ehtimal olunan qiymət isə 2 milyon 620 min 614 manat idi.
Qeyd edək ki, "Boruavadanlig" MMC bu ilin əvvəlində (04.02.2025) də həmin qurumun etimadını qazanıb. Şirkət polad fitinqlərin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 1 milyon 284 min 102 manat təşkil edib.











