“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi maye xlorun satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma üzrə qalib "Grass Petrokimya İhracat İthalat Sanayi ve Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olub.
Qalib şirkətlə 1 milyon 530 min 932 manat məbləğində müqavilə imzalanıb. Ehtimal olunan qiymət isə 1 milyon 994 min 200 manatdır.
|
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
Kod |
|
1 |
Maksimal tutumu 1 (bir) tonluq olan konteynerlərdə maye xlor |
1. Maye xlor ГОСТ 6718-93 (İSO 2120-72, İSO 2121-72) və ya alternativ standartların tələblərinə uygun hazırlanmalıdır 2. Maye xlor konteynerin əsas materialı 09Г2C növlü olmalıdır 3. Maye xlorun fiziki-kimyavi göstəriciləri 3.1. Xlorun həcmi 99.8 %- dən yüksək 3.2 Suyun miqdarı 0.01 %-dən aşagı 3.3 Üç xlorlu azotun miqdarı 0.002%-dən aşagı 3.4 Buxarlanmayan qalığın miqdarı 0.015%-dən aşagı 4. Nişanlanma 4.1 Maye xlorun daşınması ГОСТ 14192 və ya alternativ standartlarının tələblərinə uygun nişanlanma ilə həyata keçirilməlidir 4.2 Konteynerlərin üzərinə “XLOR” və “ZƏHƏRLƏYİCİ QAZ” yazıları vurulmalıdır 4.3. Hər partiya üzrə mallar təhvil verilərkən uyğunluq sertifikatı təqdim olunmalıdır 4.4. Maye xlorun çatdırılması hər 16 gündən bir 40 ton miqdarında təhvil verilməlidir. |
1.300 |
ton |
12141901 |










