"Daşkəsən Dəmir Filiz" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sığorta xidmətlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 9 min 500 manat təşkil edir. Ehtimal olunan qiymət isə 10 min 357 manat 45 qəpik idi.
Qeyd edək ki, "Paşa Sığorta" ASC bundan əvvəl də satınalmalarda uğur qazanıb. Şirkət Aqrar Sığorta Fondu tərəfindən fonda məxsus nəqliyyat vasitələrinin (KASKO) sığortası xidmətinin satınalınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 2 min 419 manat 20 qəpik təşkil edib.











