Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərin sığortalanması xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma üzrə qalib “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətlə 205 min 649 manat 35 qəpik məbləğində müqavilə imzalanıb. Ehtimal oluna qiymət 231 min 547 manat idi.
Sığorta xidməti 1 illikdir və aşağıdakı xidmətlər daxildir:
1.1. Daşınmaz əmlakın icbari və əlavə risklərdən sığortası
1.2. Maşın və avadanlıqların sığortası
1.3. Elektron cihaz və avadanlıq sığortası
1.4. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
Qeyd edək ki, ötən il də bu tenderin qalibi "PAŞA Sığorta" ASC olub. Şirkətə 209 min 910 manat ödənilib.











