25 yanvar 2023-ci il tarixində “Bakı Eenerji Quraşdırma" ATSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın keçirilməsi Hövsan Mədəniyyət evi – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov 9 ünvanında, saat 12:00-a təyin edilib.
Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. “BAKI ENERJİ QURAŞDIRMA" ATSC-nin adının dəyişdirilməsi və Nizamnaməsinin qüvvədə olan qanunvericiliyiə uyğunlaşdırılması ilə əlaqədar yeni redaksiyada təsdiq edilməsi;
2. İcra orqanının formalaşdırılması və qanuni təmsilçinin seçilməsi;
3. Müşahidə Şurasının yaradılması və tərkibinin təsdiq edilməsi;
4. Təftiş Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;
5. Hesablama Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;
6. Audit Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;
7. Cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər və inzibati işlər Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.