"Baku Electronics" MMC (VÖEN: 1500046141) "Smartlink" MMC-nin (VÖEN: 1405383461) ləğv edilərək ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil olunduğunu elan edir.
FED.az xəbər verir ki, "Baku Electronics" MMC (VÖEN: 1500046141) "Smartlink" MMC-nin (VÖEN: 1405383461) hüquq və vəzifələri üzrə hüquqi varisidir.
"Baku Electronics" MMC 09.02.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 14 896 300 manatdır. Qanuni təmsilçisi Saeid Nakhjabanidir.
Hüquqi ünvanı AZ1130, Bakı Şəhəri Binəqədi Rayonu, Binəqədi Şossesi, Ev 168b, Məhəllə 3066-da yerləşir.
"Smartlink" MMC 11.01.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 000 manat olan şirkətin qanuni təmsilçsi Hikmət Hüseynov Fikrət oğludur.
Hüquqi ünvanı AZ1130, Bakı Şəhəri Binəqədi Rayonu, Binəqədi Şossesi, Ev 168b, Məhəllə 3066-da yerləşir.