"Bakı Dövlət Universiteti" PHŞ tərəfindən həyata keçirilən iki satınalma prosedurunun nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Universitet laboratoriya avadanlıqları və mühafizə xidmətləri üçün ümumi dəyəri 4 103 559 manat olan müqavilələr imzalayıb.
Satınalmaların nəticələri aşağıdakı kimidir:
-
"Linkline" MMC (VÖEN: 2006423581) – Universitetin tədris laboratoriyaları üçün cihaz və avadanlıqların satın alınması üzrə "Bir mənbə" metodu ilə keçirilən satınalmanın qalibi olub. Müqavilənin dəyəri 3 138 201 manat təşkil edir.
-
"Gesco" ASC (VÖEN: 1300664041) – Universitetin tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üzrə xidmətlərin satın alınması üçün elan edilmiş açıq tenderin qalibi olub. Müqavilənin dəyəri 965 358 manat təşkil edir.










